Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub. Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb.
Özünə od vuran şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar:
“Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil".
***
19.03
Daxili İşlər Nazirliyinin qarşısında özünü yandıran şəxsin vəziyyəti açılanıb.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, hazırda həmin şəxs reanimasiyadadır.
Bildirilib ki, onun durumu II-III dərəcəli ağır yanıq kimi qiymətləndirilıir.
***
17:05
Bakıda intihara cəhd hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün saat 15 radələrində orta yaşlı kişi nazirliyin qarşısında özünə od vurub.
Ərazidə olan polis əməkdaşları dərhal alovu söndürüb və onu xəstəxanaya çatdırıb:
"Həmin şəxsi polis əməkdaşları dərhal xəstəxanaya çatdırıblar. Onun evinin həyətində inşa etdiyi qanunsuz tikili dövlət qurumlarından biri tərəfindən sökülüb. O, da buna etiraz edərək, nazirliyin qarşısında intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”.