Rusiyanın Novosibirsk şəhərində 9-cu sinif şagirdi intihar edib.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, məktəbli qız ilə anası arasında dərs üstündə mübahisə yaranıb. Bundan sonra yeniyetmə özünü öldürüb.
15 yaşlı məktəbli Pervomayski rayonunda yaşayıb. Hadisədən bir gün əvvəl sınaq nümunəsini yazmaqdan imtina etdiyi üçün anası ilə sözləri çəpləşib. Qız anasını intihar etməklə hədələməyə başlayıb. Bu səbəbdən o, artıq psixiatrda qeydiyyatda olub.
Hazırda müstəntiqlər ölümün təfərrüatlarını araşdırır.