Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU
06 noyabr 2025 08:33 (UTC +04:00)

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

2

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Zaqatala rayonu, Əliabad qəsəbə sakini, 1999-cu il təvəllüdlü Məhəmməd Valid oğlu Qədimov döyüşlərdə ağır yaralanaraq ölüb. 

Onun cənazəsi Zaqatalaya gətirilərək doğulduğu Əliabad qəsəbəsində torpağa tapşırılıb. 

Məlumata görə, M.Qədimov 3 il Rusiya tərəfindən Ukraynaya qarşı vuruşub.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi 20-dən çox Zaqatala sakini döyüşlərdə öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 2598

Oxşar yazılar