COVID testi verməyən azyaşlıya pozitiv mesaj gəldi - BAKIDA
10 fevral 2022 18:32 (UTC +04:00)

COVID testi verməyən azyaşlıya pozitiv mesaj gəldi - BAKIDA

Bakıda COVID-19 testi verməyən azyaşlıya pozitiv olması barədə bildiriş gəlib.

Lent.az xəbər verir ki, bu barədə şikayətçi Arzu Muradova sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, fevralın 8-də 5 yaşlı oğlu Murad Muradovun koronavirus testinin pozitiv olması barədə telefonuna mesaj gəlib. A.Muradova isə oğlu Muradın ümumiyyətlə COVID-19 testi vermədiyini qeyd edib.

O, həmçinin, əlavə edib ki, fevralın 4-də yaxma üsulu ilə test götürülən 2 yaşlı oğlu Nihad Muradova isə neqativ olması barədə bildiriş gəlib.

Göndərilən test cavabları

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2934
avatar

Mehman Nəbiyev

Oxşar yazılar