Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edərək ehtiyatlı olmağa çağırıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, gündəlik həyat ritmini pozmadan və təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik:
"Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq. Gündəlik həyat ritmini pozmadan və təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik!".