İsmayıllıda dəhşətli yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, Soltankənd kəndi istiqamətində qeydə alınıb. 64 yaşlı Abdullayev F azil Firudin oğlu idarə etdiyi "KİA Sorento" markalı avtomobili aşırıb. Nəticədə arvadı 61 yaşlı Abdullayeva Fatma Xasay qızı aldığı xəsarətlərdən yerindəcə keçinib.
Avtomobildə sərnişin olan qızı Mətanət Abdullayeva, qohumu Ələkbərova Nübar Rəşid qızı və özü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.