Cəlilabadda ev belə kül oldu-FOTO
21 iyul 2024 17:19 (UTC +04:00)

Cəlilabadda ev belə kül oldu-FOTO

Cəlilabadda evdə yanğın olub.

Lent.az-ın xəbərinə görə, hadisə Cəlilabad rayonun  Fətullaqışlaq kəndində qeydə alınıb.

Kənd sakini Samir Babayevə məxsus bir mərtəbəli, təxminən 70 kv-lıq ev tamamilə yanıb.  Kənd sakinləri yanğının qarşısını almağa çalışıblar. Evdən hər hansı bir əşya çıxartmaq mümkün olmayıb. Yanğın zamanı evdə olan ailənin 3 övladı dərhal hadisə yerindən uzaqlaşdırılıb. Rayon mərkəzindən 40-50 kilometr uzaqlıqda və meşəlik ərazidə yerləşən kəndə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə hissəsinin müvafiq bölmələri gələrək alovu lokallaşdırıblar. Yanğının genişlənərək meşə massivinə keçməsinin qarşısını alıblar.

İlkin məlumata görə yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

 

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Oxşar yazılar