Rusiyanın Krasnodar diyarının Anapa şəhər sakini cadugərlərdən qorxduğu üçün mənzildəki bütün əşyaları və özünü pəncərədən atıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Mirnaya küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. Kişi dörd saat ərzində əşyaları pəncərədən atıb və polislər onun yanına gələndə üçüncü mərtəbədən atılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər həmin şəxs mənzildəki duş kabinasını sındıraraq bütün boruları kəsib. Nəticədə birinci və ikinci mərtəbədəki mənzilləri su basıb.
Şahidlər bildirirlər ki, adam artıq psixiatriya xəstəxanasında müalicə alır. Dərmanlarını qəbul etmədiyi üçün bütün əşyalarını çölə atmağa başlayıb, cadugərlərin onun üçün gəldiyini qışqırıb.
Məlum olub ki, kişi mənzildə tək yaşayır. Anası vaxtaşırı ona baş çəkir. Hadisə zamanı kişinin ciddi xəsarət almadığı qeyd edilir.