Bir ayın əsgəri öldü - SƏBƏB  - YENİLƏNİB
26 may 2025 15:29 (UTC +04:00)

Bir ayın əsgəri öldü - SƏBƏB - YENİLƏNİB

Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Fariz İsayevin ölüm faktı əsasında Sumqayıt hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Sumqayıt hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

"Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən müvafiq qərarın qəbul edilməsi təmin ediləcək", məlumatda deyilir.

***

saat 14:41

Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev dünyasını dəyişib.

Lent.az "Bakupost.az"a istinadla xəbər verir ki, 20 yaşlı Fariz hərbi xidmətə bir ay öncə başlayıbmış.

Əsgər andiçmə mərasimindən üç gün sonra dünyasını dəyişib.

İddialara əsasən, qızdırması olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.

Qeyd edək ki, əsgərin ölümü ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2704

Oxşar yazılar