Beyləqanda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Tatalılar kəndində baş verib.
Kənd sakini 2 yaşlı Uğur İmanzadənin evin həyətindəki kanalizasiya quyusuna düşərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma başlanıb.