Bərdədə intihar baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Bərdə şəhəri, Firudin bəy Köçərli küçəsində yerləşən evlərdən birində qeydə alınıb. Orada yaşayan 61 yaşlı Alidə Allahverdi qızı Abışova yaşadığı evdə özünü asıb.
Onun asılmış meyitini ailə üzvləri aşkar edib. İntiharın səbəbləri məlum olmasa da, qadının psixi pozuntudan əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.