Balakəndə selin apardığı kişinin meyiti tapılıb.
Lent.az xəbər verir ki, Aslan Rzayevin meyiti tapılaraq ailə üzvlərinə təhvil verilib.
***
Saat 16:20
Balakəndə 43 yaşlı kişini sel aparıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Balakən rayonu Katex kənd sakini, 43 yaşlı Aslan Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb.
Hazırda onun axtarış tədbirləri davam etdirilir.