Balakəndə  bir ailədə 4 nəfər   qəzaya düşdü - YENİLƏNİB
10 iyul 2022 22:50 (UTC +04:00)

Balakəndə bir ailədə 4 nəfər qəzaya düşdü - YENİLƏNİB

Baləkəndə yol-nəqliyyat hadisəsi zamanı yaralananlar bir ailənin üzvüləridi.

Lent.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaralanan dörd nəfərdən biri Bakıya göndərilib.

Qəza zamanı yaralanan ana - 1994-cü il təvəllüdlü Səhnə Nizami qızı Əlimərdanovaya kəllə-beyn silkələnməsi dioqnozu qoyulub.

Azyaşlılardan 2017-ci il təvəllüdlü Ramil Ramazan oğlu Əlimərdanova sağ yuxarı ətrafın əzilmiş-cırılmış böyük həcmli yarası, nənə 1967-cı il təvəllüdlü Çəməngül Əhməd qızı Abdullayevaya isə sağ yuxarı ətrafın böyük həcimli əzilmiş-cırılmış, didilmiş yarası və baş-beyin silkələnməsi dioqnozu qoyulub.

Azyaşlı Ramil Əlimərdanovun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Digərlərinin müayinə və müalicəsi xəstəxanada davam etdirilir.

Azyaşlılardan 2014-cü il təvəllüdlü Soltan Ramazan oğlu Əlimərdanovun vəziyyəti stabil qiymətləndirilir, palatada nəzarətdə saxlanılıb.

***

Saat 21:30

Balakəndə minik avtomobili aşıb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb.

Lent.az APA-nın Şimal-qərb bürosuna istinadən xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu "Beşbulaq" adlanan ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Hənifə kənd sakini Kamran Nizami oğlu Abdullayev idarə etdiyi "VAZ 21063" markalı 10 ME 436 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkət olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb.

Maşın aşdıqdan sonra ərazidən keçən su arxına düşüb.

Qəza zamanı avtomobildə olan sərnişinlər-rayonun Hənifə kənd sakinləri Şəhla Nizami qızı Əlimərdanova, iki azyaşlı Ramal Ramazan oğlu Əlimərdanov, Soltan Ramazan oğlu Əlimərdanov və Səhnə Əhmədi qızı Abdullayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2847
avatar

Oxşar yazılar