Nərimanov rayon Məhkəməsinin qərarı ilə TIR sürücüləri Mirələm Məmmədov və Elvin Məlikov 30 sutka həbs olunublar.
Sürücü Bəxtiyar Məmmədov yaşı və səhhəti ilə əlaqədar məhkəməyə çıxarılmayıb.
İş üzrə təqsirləndirilən Rəmiş Cəfərov barəsində isə cinayət işi olduğu üçün onunla bağlı həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılıb.
Məhkəmənin qərarı ilə R.Cəfərov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.
saat 17:23
***
Bakıda yolu bağlayan TIR sürücüləri məhkəmə qarşısına çıxarılıb.
Lent.az-ın məlumatına görə, Nərimanov rayon Məhkəməsi Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikovla bağlı polisin təqdimatına baxıb.
Məhkəmənin qərarı ilə sürücülər 30 sutka həbs olunublar.