Bakıda yeni tikilən binadan oğurluq edən qardaşlar  tutuldu
13 may 2024 10:33 (UTC +04:00)

Bakıda yeni tikilən binadan oğurluq edən qardaşlar tutuldu

0

Nərimanov rayonu ərazisində yeni inşa olunan binaların birindən 7200 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Mirzəliyev və qardaşı Rahib müəyyən olunaraq saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3235

Oxşar yazılar