Bakıda xəstəxana QARƏT OLUNDU
25 dekabr 2021 11:40 (UTC +04:00)

Bakıda xəstəxana QARƏT OLUNDU

Bakıda xəstəxana qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dekabrın 22-də paytaxtın Nizami rayonu ərazisindəki tibb müəssisələrinin birindən 14 ədəd kompyuter və 2 monitor oğurlanıb.

Bu barədə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Mehdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763
avatar

Mehman Nəbiyev

Oxşar yazılar