Bakıda tanışını bıçaqlayana  HÖKM OXUNDU
07 iyul 2026 17:16 (UTC +04:00)

Bakıda tanışını bıçaqlayana HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə tanışını bıçaqlamaqda təqsirləndirilən Elgün İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Elgün İsmayılovun 7 il  azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Elgün İsmayılovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Hadisə 2025-ci il mayın 12-də Binəqədi rayon ərazisində baş verib. Elgün İsmayılov tanışı Kamran Cəfərovun onun telefon zənglərinə cavab verməməsini əsas gətirərək, K.Cəfərovun qarın nayihəsinə bıçaqla zərbə vuraraq onu ağır yaralayıb.

Faktla bağlı cinayət işi başlanılıb, Elgün İsmayılov Cinayət Məcəlləsinin 126.2.4 və 221.3 maddələri ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar