Bakıda şagirdin neqativ hərəkətləri ilə bağlı araşdırma başlandı - RƏSMİ
07 dekabr 2021 09:49 (UTC +04:00)

Bakıda şagirdin neqativ hərəkətləri ilə bağlı araşdırma başlandı - RƏSMİ

"Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir".

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, rayon Polis İdarəsinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir:

"Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".

Qeyd edək ki, sosial şəbəkədə yayılan paylaşımda məktəbdə sagirdin sinifdə şalvarını çıxarmağı, qız uşaqlarını küçə söyüşləri ilə təhqir etməyi və buna səlahiyyəti şəxslərin müdaxilə etmədiyi iddia olunub.

Bildirilir ki, yeddinci sinifdə oxuyan şagird müəllimləri söyür

"Məktəbə bıçaq gətirib hamını hədələyir, polisə müraciət olunur, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir. Amma polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Əlacı kəsilən valideynlər məktəbin qarşısında etiraz aksiyası keçirmək istəyirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Mehman Nəbiyev

Oxşar yazılar