Bakıda partlayıcıların satıldığı anbar  aşkarlandı - VİDEO
19 dekabr 2025 12:12 (UTC +04:00)

Bakıda partlayıcıların satıldığı anbar aşkarlandı - VİDEO

0

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə partlayıcı, tezalışan maddə və pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısı alınıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, tədbir zamanı Bakı şəhərində yerləşən ticarət mərkəzlərinin birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən 68 yaşlı E.Hüseynov saxlanılıb. Onun həmin ticarət mərkəzi və Suraxanı rayonunda yerləşən anbarlarından yüksək səs, həmçinin işıq effektləri yaradan müxtəlif növ pirotexniki vasitələr aşkarlanıb. Araşdırma aparılır.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar