Noyabrın 22-nə keçən gecə Binəqədi rayonu ərazisindəki orta məktəblərin birindən noutbuk və proyektor oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri N.Atayev və əvvəllər məhkum olunmuş F.İdrisov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.