Bakıda məşhur bloggerin evi QARƏT OLUNDU
23 aprel 2022 13:44 (UTC +04:00)

Bakıda məşhur bloggerin evi QARƏT OLUNDU

Bakıda məşhur bloggerin evi qarət olunub.

Lent.az xəbər verir ki, hadisə aprelin 22-i axşam saatlarında paytaxtın Yasamal rayonu Mirəli Seyidov küçəsində baş verib.

Naməlum şəxs və ya şəxslər Taleh Məmmədovun evinə daxil olaraq, oradan 3 min manatlıq “Dell” markalı kompüter, 1000 manatlıq "Canon" markalı videokamera və 300 manat pul götürüblər.

Hadisə ilə əlaqədar zərərçəkmiş polisə məlumat verib. Araşdırma aparılır.

Qeyd edək ki, T. Məmmədov sosial araşdırmaçı bloggerdir və o, daha çox Taleh Məmməd kimi tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Mehman Nəbiyev

Oxşar yazılar