Bakıda mağaza qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Lökbatan qəsəbəsindəki mağazaların birindən 3000 manat dəyərində oğurluq edilib.
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş M.Paşayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.