Bakıda kişini bıçaqladılar
18 dekabr 2023 10:05 (UTC +04:00)

Bakıda kişini bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi qəsəbəsində qeydə alınıb.

Belə ki, aralarında yaranmış mübahisə nəticəsində Murad Məmmədov bıçaqla Bərdə rayon sakini Elmir Rəşidovu vurub. Elmir Rəşidov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, dekabrın 17-də saat 15 radələrində Binəqədi qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.  

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 2001-ci il təvəllüdlü M.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3507
avatar

Arzu Qurbanlı

Oxşar yazılar