Bakıda kişi binadan yıxılaraq ölüb.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu İ. İsmayılov küçəsində baş verib. İsmayılov Rasim Abtalıbov yaşadığı binanın 6-cı mərtəbəsinin eyvanından yıxılaraq xəstəxanaya yerləşdirilib.
Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.