Bank kartından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 31-də Bakı şəhər sakini olan bir nəfərin bank kartını itirməsi və həmin kartdan 1400 manat dəyərində alış-veriş olunması barədə polisə məlumat daxil olub.
Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ramil Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.