Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər. Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər.
Qurumdan bildirilib ki, Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə öz istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.