Bakıda iki uşaq dəm qazının qurbanı olub.
Lent.az xəbər verir ki, 10 yaşlı Uğur Samid oğlu Vəlizadə Binəqədi rayonu, E.Babayev küçəsində, 14 yaşlı Əli İsmayıl oğlu Nəsirov isə Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək, ölüblər.
Hər iki faktla bağlı araşdırma aparılır.