Bakıda FACİƏ:  dənizdə çimən iki dost boğulub öldü-YENİLƏNİB
21 iyul 2024 00:31 (UTC +04:00)

Bakıda FACİƏ: dənizdə çimən iki dost boğulub öldü-YENİLƏNİB

Bilgəh çimərliyində batan ikinci şəxsin meyiti tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, meyit müayinə üçün morqa təhvil verilib.


***
23:14

Bilgəh çimərliyində ölüm hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

2003-cü il təvəllüdlü Alıxanlı Nicat Elman oğlu və hələlik kimliyi bilinməyən dostu dənizdə boğularaq ölüb.

N.Alıxanlının meyiti sudan çıxarılaraq morqa təhvil verilib.

Digər boğulan şəxsin meyiti axtarışdadır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, axtarışlara Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4308
avatar

Oxşar yazılar