Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, keçirilən əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu ərazisindəki evlərin birindən 3000 manat dəyərində kondisioner, generator, su nasosu və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.