Bakıda evdən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.
75 yaşlı Şaqiahmedova Roza Valiahmetovna tənha yaşadığı evdə müəmmalı şəkildə ölüb. Onun meyiti uzun müddət həmin evdə qalıb. Evdən pis qoxu gəldiyini hiss edən qonşular hüquq-mühafizə orqanlarına müraciət ediblər. Nəticədə evə daxil olan xilasedicilər qadının meyitini aşkar ediblər. Meyitdə çürümə əlamətləri müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.