Bakıda qadın dəm qazından zəhərlənib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, yanvarın 16-ı saat 4 radələrində paytaxtın Yasamal rayon sakini 43 yaşlı Gülnarə Qurbanova yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.