Bakıda kişi dənizdə batıb.
Lent.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən Şıxov çimərliyində baş verib.
31 yaşlı Hüseynov Röyal Rəcəb oğlu dənizdə çimərkən boğulub. Onun meyitini xilasedicilər çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Faktla bağlı araşdırılma aparılır.