Bakıda 20-dən çox maşının  şüşəsini sındırıb qarət etdilər - HADİSƏ ANI
31 oktyabr 2024 14:05 (UTC +04:00)

Bakıda 20-dən çox maşının şüşəsini sındırıb qarət etdilər - HADİSƏ ANI

Paytaxtın Nizami və digər rayonlarında silsilə oğurluq hadisələri qeydə alınıb. Zərərçəkənlər polisə müraciət edərək onlara məxsus avtomobillərdən pul və digər qiymətli əşyaların naməlum şəxslər tərəfindən talandığını bildiriblər. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətmiş əvvəllər dəfələrlə məhkum olunmuşlar 30 yaşlı Alik Bəyalıyev, 27 yaşlı Fikrət İsgəndərov, 25 yaşlı Murad Heydərov və həmyaşıdı Fərid Xəmmədli müəyyən olunaraq saxlanılıblar. 

Araşdırmalarla məlum olub ki, onlar Bakı şəhərində müxtəlif vaxtlarda 20-dən çox nəqliyyat vasitəsinin yan şüşəsini sındıraraq salonlarından oğurluqlar ediblər. Dəstə üzvlərinin qanunsuz əməllərinin bir qismi təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan görüntülənib.

Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb. A.Bəyalıyev, F.İsgəndərov, M.Heydərov və F.Xəmmədlinin digər analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2325
avatar

Oxşar yazılar