Bakıda 2 yaşlı uşağı evdən OĞURLADILAR
30 dekabr 2021 11:50 (UTC +04:00)

Bakıda 2 yaşlı uşağı evdən OĞURLADILAR

Bakıda azyaşlı oğurlanıb.

Lent.az-ın məlumatına görə, hadisə dekabrın 29-da paytaxtın Sabunçu rayonu Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum qadın qəsəbə ərazisindəki evlərin birindən 2 yaşlı Məhəmmədi qaçırıb.

Bu barədə Sabunçu Rayon Polis İdarəsinə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar instensiv əməliyyat-axtarış tədbirləri keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.

# 5055
avatar

Mehman Nəbiyev

Oxşar yazılar