Yaxınlıqda piyada keçidi olmasına baxmayaraq yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı avtomobil vurub.
Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Bakı-Sumqayıt şosesində baş verib. Qəza səbəbindən Xırdalan dairəsi istiqamətində sıxlıq yaranıb.
Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.