"Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb.
Bu barədə Lent.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Xətlər üzrə yubanma, qatarların hərəkət sahəsindən asılı olaraq, 3-5 dəqiqə təşkil edib.
Hazırda araşdırma aparılır.