Bakıda məktəbdə intihara cəhd hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda yerləşən şəhid Etibar Cəfərov adına 118 saylı orta məktəbdə qeydə alınıb.
Adı, soyadı açıqlanmayan 7-ci sinif şagirdi olan qız məktəbin üçüncü mərtəbəsinin pəncərəsinə çıxaraq özünü binadan atmaq istəyib.
Bunu görən müəllimlər dərhal hadisəyə müdaxilə edib və intihara cəhdin qarşısını alıblar.
Onun ailə münasibətləri zəminində bu addımı atması iddia olunur.