Bakı gənc oğlan bir nəfəri aldadıb 18 min 400 manatını  aldı
30 oktyabr 2024 11:32 (UTC +04:00)

Bakı gənc oğlan bir nəfəri aldadıb 18 min 400 manatını aldı

Bakının Nəsimi və Suraxanı rayonlarında, həmçinin Abşeronda dələduzluq hadisələri olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində iki nəfər üzləşdiyi dələduzluqla bağlı polisə müraciət edib. Onlardan biri onu aldadadan şəxsin hesabına 18400, digəri isə 100 manat ödətdirdiyini bildirib. 

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərində şübhəli bilinən 26 yaşlı S.Əsədzadə və 27 yaşlı K.Bayramov müəyyən olunaraq saxlanılıblar. 

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhərində bir nəfəri aldadaraq hesabına 80 manat ödətdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı İ.Mirzəyev saxlanılıb.  

Suraxanı rayonunda isə bir qadının mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 40 yaşlı E.Bərxudarov müəyyən olunaraq 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
  
Faktlarla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Oxşar yazılar