Moskvada 8 və 9 yaşlı qızlar az qala azərbaycanlı qonağın qurbanı olacaqdılar.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qızları izləmə prosesi müşahidə kameralarına düşüb. Qızlar xilas edilib, lakin bu hadisədə iştirak edən şəxsin başqa qurbanlarının olub-olmadığı məlum deyil...
Bir neçə gün ərzində – ən azı həftənin ortalarından etibarən xarakterik Qafqaz görünüşü olan şübhəli bir şəxs axtarılıb. Əvvəlcə onun videosu məişət söhbətlərində yayılıb. Sonra polis axtarışa qoşulub.
Lipovı parkındakı evdə kişi 9 yaşlı qıza liftdə sataşmağa başlayıb. Azyaşlı qız xoşbəxtlikdən hər şeyi böyüklərə danışıb, bundan sonra polis pedofilin əleyhinə ifadə alıb. Daha sonra əməliyyatçılar müşahidə kameralarından çəkilişlər aparmağa başlayıblar və görüblər ki, qızı izləyən həmin şəxs Lipovı parkındakı qonşu evdə lentə alınıb.
Beləliklə, pedofilin eyni zonada müşahidə apardığı məlum olub. Onu orada yaxalayıblar.
Hadisəni törədən şəxsin şəxsiyyəti müəyyən edilib. Bu, əslən azərbaycanlı olan Nağıyev Amin Etibar oğludur. İstintaq hesab edir ki, azərbaycanlı 8-9 yaşlı ən azı üç qızı zorlamağa cəhd edib. Cinsi xarakterli zorakı hərəkətlər faktı ilə bağlı cinayət işi başlanıb.
Nağıyevin “Food City” bazarında (azərbaycanlı oliqarx Qod Nisanova məxsusdur) işlədiyi məlum olub. Yeri gəlmişkən, sözügedən şəxs sosial şəbəkələrdə tez-tez uşaqlarla fotolarını yerləşdiririb.