Rusiyanın Rostov vilayətində uşaq küçədə aslan balası tapıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Leninavan kəndində baş verib.
Azyaşlı küçədə pişik balası tapdığını düşünüb və onunla oynamağa başlayıb. Lakin oradan keçən bir qadın “pişik balası”na diqqətlə baxıb onun aslan balası olduğunu bildirib.
Qadın uşağı və kiçik yırtıcını mağazaya aparıb. Oradan da hadisə yerinə polis çağırıb. Sonradan məlum olub ki, aslan balası çox pis qidalanıb və arıqlayıb. Könüllülərdən biri iddia edib ki, kənddə kimsə qanunsuz olaraq vəhşi heyvan yetişdirir.
Küçədə tapılan yırtıcı Rostov zooparkına göndərilib.