Norveçin Berqen şəhərində əslən azərbaycanlı Ukraynadan olan 30 yaşlı qadın qaçqını Magic Hotel Solheimsviken hotelində qətlə yetirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, polisdən bildirilib ki, hotel Berqenin mərkəzinə yaxın yerdə yerləşir, burada Ukraynadan olan qaçqınlar yerləşdirilib.
Otaqların birində qonaqlar çoxsaylı xəsarətləri olan bir qadın tapıblar. Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Yerli jurnalistlər polisin Ukrayna vətəndaşının necə öldürüldüyü ilə bağlı suallara “cavab verməkdən çəkindiklərindən” şikayətləniblər.
Norveçdə, lakin başqa yerdə yaşayan azərbaycanlı cinayət törətməkdə şübhəli bilinir. Həmin şəxs saxlanılıb.