Fövqəladə Hallar Nazirliyi Mingəçevir şəhərində yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən Lent.az-a verilən məlumata görə, Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Sərxanov Tofiq Şahlar oğlunun (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
09:52
Mingəçevirdə yaşayış binasında yanğın olub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Şah İsmayıl Xətai küçəsində qeydə alınıb. Məlumata əsasən, yanğın 5 mərtəbəli binalardan birinin 4-cü mərtəbəsində baş verib.
Nəticədə 81 yaşlı Tərxanov Tofiq Şahlar oğlu tüstüdən zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.