Sumqayıtda 4 aylıq körpə vint udub.
Lent.az-ın məlumatına görə, yad cisim udan körpənin həyatı xilas edilib. Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib. Xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.
Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən yad cisim olan vintin xaric olunması əməliyyatı uğurla başa çatıb.
Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir.