Saatlıda intihara cəhd hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb. Saatlı şəhər sakini 49 yaşlı Tahirə Nuru qızı Şirinova özünü su kanalına atıb.
Hadisə yerindəki şəxslər onu dərhal sudan çıxararaq xəstəxanaya yerləşdiriblər. İlkin məlumata görə, o, ruhi-əsəb xəstəsidir.
Faktla bağlı araşdırma aparılır.