Azərbaycanda QORXUNC STATİSTİKA:  1450 nəfər intihara əl atdı
14 mart 2025 11:10 (UTC +04:00)

Azərbaycanda QORXUNC STATİSTİKA: 1450 nəfər intihara əl atdı

Azərbaycanda intiharların statistikası açıqlanıb. 

Lent.az Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə respublika üzrə 639 intihar hadisəsi baş verib.

Bundan başqa, 811 intihara cəhd edib.

İntihar faktlarına görə 25 cinayət işi başlanıb, 614 hadisə üzrə material qaydasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilib.

Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar qəbul edilmiş 6 işdən 5-i məhkəməyə göndərilib.

Baş vermiş 639 cinayət hadisəsi nəticəsində ölən şəxslərdən 42 nəfəri yetkinlik yaşına çatmayanlar olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1064

Oxşar yazılar