Azərbaycanda İrana görə daha bir nəfər həbs edilib - CASUS ŞƏBƏKƏSİ
15 avqust 2023 12:35 (UTC +04:00)

Azərbaycanda İrana görə daha bir nəfər həbs edilib - CASUS ŞƏBƏKƏSİ

Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Lent.az “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulanlardan daha bir nəfərin adı məlum olub. O, Sabirabad sakini Ruhani Rza Ələkbərovdur.

Lent.az-ın əldə etdiyi məlumata görə, R.Ələkbərov bir neçə ay əvvəl həbs edilib.

O, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2220
avatar

Oxşar yazılar