Zəlzələ episentrdə 6 bal, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
Lent.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatında deyilir.
***
17:36
Lənkəranda zəlzələ olub.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Belə ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Talış dağlıq zonasında qeydə alınan yeraltı təkanların dərinliyi 18 km, gücü isə 5,2 bal olaraq qeydə alınıb.