Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.
Lent.az xəbər verir ki, hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi rayon Məhkəməsində hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, xəbəri ilk olaraq unikal.org saytı yazıb.