Cəlilabad rayon Alar kənd sakini 2010-cu il təvəlüdlü (cinsi kişi) şəxs yanvarın 24-də saat 22:15 radələrində dəqiqləşməmiş meninqoensefalit diaqnozu ilə Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının Neyroinfeksiya şöbəsinə daxil olub.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, xəstəyə zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, xəstə fevralın 6-da vəfat edib.
***
saat 10:45
Azərbaycanda daha bir nəfər qızılcadan vəfat edib.
Cəlilabad rayonunun Alar kənd sakini 2010-cu il təvəllüdlü Yusif Bəhruz oğlu İbayev qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, orada vəfat edib.
İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib.
Xatırladaq ki, ötən gün Astara rayonunda da 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev qızılca nəticəsində vəfat edib.
Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib. /Qafqazinfo