Rusiyada federal axtarışda olan Tatarıstan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin keçmiş rəis müavini Renat Axmetzyanov Kazan şəhərində saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, mayın 10-da Kazan hava limanının gəlişlər sahəsində polis tərəfindən saxlanılıb.
Qeyd olunur ki, Axmetzyanov xüsusilə külli miqdarda dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaqın məlumatına görə, söhbət Axmetzyanovun sənədləri rəqəmsallaşdıran işçilərə mükafatlar verməsindən gedir.